`Bakı-2015` təqdim olundu

`Bakı-2015` təqdim olundu
  13 Dekabr 2014    Oxunub:2045
Serbiya parlamentinin binasında “Serbiya Olimpiya Komitəsi günü” münasibəti ilə keçirilmiş tədbirdə “Bakı-2015” Avropa Oyunları barədə videoçarx nümayiş olunub.
Hər il ənənəvi olaraq təşkil edilən tədbirdə Serbiya Prezidenti Tomislav Nikoliç ilə yanaşı, hökumət nümayəndələri, parlamentin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

2014-cü il üçün ölkənin ən yaxşı idmançılarına Serbiya Olimpiya Komitəsinin xüsusi mükafatlarının təqdim olunduğu tədbirdə “Bakı 2015” Avropa Oyunlarını əks etdirən lövhə də asılıb. Tədbir Serbiya Dövlət Yayım Korporasiyası tərəfindən canlı yayımlanıb.

Qeyd edək ki, Serbiya Olimpiya Komitəsinin rəsmi saytında Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məlumatlar yerləşdirilib.


Teqlər:  





Xəbər lenti