Tıxacda qalan maşından 25 milyon oğurladılar

Tıxacda qalan maşından 25 milyon oğurladılar
  13 Dekabr 2014    Oxunub:2874
Rusiya paytaxtında qeyri-adi oğurluq hadisəsi baş verib.
Moskvanın mərkəzində oğrular investisiya şirkətinin əməkdaşının 25 milyon rublu oğurlanıb. Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Oğurluq hadisəsi cümə günü günorta saatlarında baş verib. Belə ki, naməlum şəxslər Smolensk küçəsində tıxacda aşağı sürətlə hərəkət edən “Tayota” markalı avtomobilin yan şüşəsini qıraraq içərisində 25 milyon rubl olan çantanı oğurlayıblar.

Oğrular “BMW” markalı avtomobildə hadisə yerindən uzaqlaşıb. Hazırda Rusiya polisi faktla bağlı axtarışa başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti