Braziliyalı Ronaldo yenidən futbola qayıdır

Braziliyalı Ronaldo yenidən futbola qayıdır
  13 Dekabr 2014    Oxunub:1791
Braziliya millisinin heyətində iki dəfə çempion olan 38 yaşlı Ronaldo ABŞ-da yenidən futbolçu karyerasını bərpa edir.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Ronaldunun özünün də sahiblərindən biri olduğu “Fort-Loderdeyl Straykers” klubunun heyətində çıxış edəcəyi gözlənilir.

“Mən komandanın formalaşdırlmasında, həmçinin kluba inkişaf etməsinə kömək edəcək aksiyalarda aktiv şəkildə iştirak edəcəm. Əminliklə deyə bilərəm ki, hazırda ABŞ-da futbol sürətlə iştirak edir”, - deyə Ronaldo vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti