Daha bir `yol terroru` - sürücü öldü

Daha bir `yol terroru` - sürücü öldü
  13 Dekabr 2014    Oxunub:1540
Bakı-Şamaxı avtomobil yolunun 50-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə “Opel” markalı minik avtomobili ilə toqquşub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Xilasedicilər deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyiti çıxarıb və aidiyyatı üzrə təhvil verib.


Teqlər:





Xəbər lenti