FHN son anda xilas etdi

FHN son anda xilas etdi
  14 Dekabr 2014    Oxunub:1495
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin quyuya düşməsi barədə məlumat daxil olub.

AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dərinliyi 30 metr olan quyuya düşmüş və köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və alpinist avadanlıqları vasitəsilə həmin şəxsi quyudan çıxarıblar.

Əməliyyat saat 19:43-də başa çatıb.


Teqlər:





Xəbər lenti