`Qarabağ` yenidən oynaya bilər?

`Qarabağ` yenidən oynaya bilər?
  14 Dekabr 2014    Oxunub:2483
“Biz müraciətimizdə oyunun yenidən keçirilməsinə qərar verilməsini tələb etmişik”.
AzVision.az-ın “Sportpress”ə istinadən məlumatına görə, bu sözləri “Qarabağ” klubunun türkiyəli vəkili Qurur Günal söyləyib.

Türkiyədə hüquq bürosu olan Günal İsveçrənin Nyon şəhərində şanslarının olduğunu istisna etməyib: “Əgər tələbimiz yerinə yetirilsə, oyun yenidən keçiriləcək. Görüntüləri izləyərkən də görünür ki, oyuna əlavə olunmuş 3-cü dəqiqənin 12-ci saniyəsində azarkeşlər “qol” deyə ayaga qalxır, tabloda da hesab 1:0 olaraq yazılır. Təxminən 30 saniyə sonra hakim köməkçiləri ilə danışaraq ofsayd qərarı verir. Bu 30 saniyədən sonra boşa gedən 18 saniyəlik bir vaxt da var. Bütün bunların nəzərə alınması lazımdır. Videoları təkrar-təkrar izləyərkən hamısı açıq-aşkar görünür. Bu iddialarımızı dəyərləndirsələr, oyunun nəticəsinin dəyişməsinə təsir edən vəziyyətin oldugu qənaətinə gəlsələr, etirazımızı qəbul edəcəklər”.

Qeyd edək ki, bu gün “Qarabağ”ın şikayətinin təmin olunub-olunmayacağına rəsmən aydınlıq gələcək.


Teqlər:  





Xəbər lenti