FİFA prezidentinin bank hesabları yoxlanılacaq

FİFA prezidentinin bank hesabları yoxlanılacaq
  14 Dekabr 2014    Oxunub:1461
İsveçrə parlamenti yüksək vəzifəli idman məmurlarının, o cümlədən Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatterin bank hesablarının yoxlanılmasına imkan verəcək qanun qəbul edib.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, yeni qanun mənzil-qərargahları bu ölkədə yerləşən beynəlxalq idman təşkilatları, eləcə də UEFA və Beynəlxalq Olimpiya Komitəsinin fəaliyyətində şəffaflığı təmin etmək məqsədi daşıyır.

Bu yaxında Britaniya KİV-ləri futbol üzrə 2022-ci il dünya çempionatına ev sahibliyi edəcək ölkənin seçilməsi zamanı məmurların satın alınması barədə informasiyalar yaymışdı. Mətbuatda DC-2022-nin ev sahibliyini qazanan Qətərin kompaniyaları tərəfindən FİFA məmuru Cek Uorner və onun ailə üzvlərinə 2 milyon dollar rüşvət verilməsi barədə yazılar dərc olunmuşdu.

Noyabr ayında isə qurumun etika üzrə arbitraj palatasının səsvermə zamanı heç bir qanun pozuntusunun rast gəlinmədiyinə dair yekun məruzəsi açıqlanmışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti