ELSA üzvləri deputatla çay içdilər
ELSA Tea adlanan görüş çərçivəsində hüquq tələbələri və ELSA Azərbaycanın aktiv üzvləri millət vəkili ilə çay süfrəsi ətrafında səmimi söhbət ediblər.
Millət vəkili Fazil Mustafa və hüquqşünas Baxşeyiş Əsgərov tələbələrin müxtəlif hüquq sahələri ilə bağlı suallarını cavablandırıblar.
ELSA Azərbaycanın Seminar və Konfranslar üzrə vitse-prezidenti Pərvin Ənvərlinin sözlərinə görə, gələcəkdə də tanınmış insanlarla tələbələr arasında görüşlər ELSA Azərbaycan tərəfindən keçiriləcək.
Tələbələr ELSA Tea zamanı hörmət etdikləri və sevdikləri şəxslə daha yaxından tanış olmaq və suallarına cavab tapmaq fürsəti əldə edirlər.
Avropa Hüquq Tələbələr Assosiyası (ELSA) müstəqil, qeyri-siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır. ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 38,000-dən çox hüquq tələbələrini və gənc hüquqşunasları özündə ehtiva edir.
Azərbaycan təşkilata 2011-ci ildən üzv olub. Hazırda Azərbaycan Təşkilatda 3 lokal qrupla - ELSA Bakı, ELSA Naxçıvan və ELSA Qarabağ lokal qrupları ilə təmsil olunur.