Həvəskar Jurnalistlər Klubunun ilk təlimi keçirilib

Həvəskar Jurnalistlər Klubunun ilk təlimi keçirilib
  14 Dekabr 2014    Oxunub:1414
Sumqayıt Dövlət Universitetində tələbələrin təşəbbüsü ilə yaranan “Ritorika Universal Klubu"nun yeni layihəsi olan həvəskar Jurnalistlər Klubunun ilk təlimi keçirilib. Gələcəkdə jurnalist olmaq istəyən tələbələr təlimə cəlb olunub.

Müstəqil jurnalist Toğrul Vəlibəyli iştirakçılara "Jurnalistika nədir?", "Jurnalist necə olmalıdır?", "Məqalə", “Zarisovka”, “Reportaj”, “Oçerk”, "Xəbər nədir?", "Xəbərlər neçə cürdür?" mövzularının izahını verib. Tələbələr 4 saatlıq təlim müddəti ərzində jurnalistikada ilk anlayışları haqqında ətraflı məlumat əldə ediblər.

Həvəskar Jurnalistlər Klubun sədri Elvin Gülməmmədov qeyd edib ki, təlimlərdə davamlı şəkildə iştirak edən, jurnalistikanın sirlərini yaxından öyrənən tələbələrin iş tamasına yardım ediləcək.



Teqlər:





Xəbər lenti