İŞİD İraqda daha bir şəhər ələ keçirdi
“Polis qüvvələri dekabrın 12-dən silahlılarla döyüşüb, lakin döyüş sursatının çatışmazlığı onları geri çəkilməyə və şəhəri əldən verməyə məcbur edib”, deyə nəşr şəhərin meri Hüseyn Kasarı bildirib.
Döyüşlərdə 19 polis əməkdaşının həlak olduğu bildirilir.
Beləliklə, Anbar əyalətində artıq üçüncü şəhər İŞİD-in nəzarətinə keçib. Bundan əvvəl silahlılar əyalətin Xit və Kubais şəhərlərini nəzarətə alıb.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev
Teqlər: