Davudoğlu nurçulara barmaq silkələdi

Davudoğlu nurçulara barmaq silkələdi
  15 Dekabr 2014    Oxunub:1548
Türkiyədə dövlət əleyhinə olan strukturlar xalq və tarix qarşısında cavab verəcək.
Azvision.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə keçirilən kütləvi həbslər barədə danışarkən bildirib.

“Dövlət müəssisələrinə daxil olan, prezident, baş naziri dinləyənlər anlamalıdırlar ki, onların bu hərəkətinin bir cəzası da var”, - deyə Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında bildirib.

Baş nazir bildirib ki, nurçular hətta Türkiyə Milli Təhlükəsizlik idarəsinin sıralarına da daxil olaraq hökumətə qarşı əməliyyatda keçirməyə cəhd ediblər: “Bizə etibar edilən milli maraqları sona qədər qorumalıyıq”.

Qeyd edək ki, Türkiyədə keçirilən son əməliyyatda ölkənin 13 müxtəlif şəhərində 27 nəfər polis tərəfindən saxlanılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti