Bakcell məhkəməyə verilir
Abunəçinin şirkətə qarşı iddiasına dekabrın 15-də, 16.15-də Nərimanov Rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə baxılacaq.
S.Axundov yaydığı məlumatda yazır: “Bakcell MMC” müştərisi olaraq mənə etdiyi hörmətsizliyi, yarıtmaz xidməti bu məktubla aradan qaldırdığını düşünməklə çox böyük səhvə yol verdi. Bu gün bir daha əmin oldum ki, bu şirkət üçün müştəri məmnunluğunun bir anlamı yoxdur. Sadəcə "hegamon bir şirkətəm, sizinlə necə istərəm elə də davrana bilərəm" devizi ilə işləyən bəzi şirkətlərdən biridir. İlk dəfədir burada özümün işimlə bağlı nəsə paylaşıram. Bunun da səbəbi var. Mənsiz (hüquqşünaslar nəzərdə tutulur-müəllif) kolleqalarımdan dəstək gözləyirəm. Billirəm ki, iddiam tam əsaslıdır və təmin olunmalıdır.
Bunu “Bakcell MMC”-nin rəhbərliyi də yaxşı bildikləri üçün hər yola əl atdılar, hətta barışıq da təklif etdilər. Bu gün isə hansısa arxayınlıqla mənim pozulmuş hüquqlarıma arxa çevirdilər. Amma mən bu olayla bağlı yediyim əsəbi, keçirdiyim stressi və itirdiyim vaxtı “BAKCELL MMC”yə yedirtməm lazım. Bu gün hər addımda “Bakcell” abunəçilərinin şikayətini eşidirəm. Mən bu şikayətçilər üçün nümunə olacaq bir qərar ortaya qoymağa çalışacam. Biz sizin üçün 1 manatlıq və ya 25 manatlıq kontur deyilik!!!”
İddiaçının paylaşdığı bu müraciəti 300 nəfərə yaxın seyrçi bəyənib və əksəriyyəti zaman-zaman mütərisi olduqları “Bakcell MMC”-nin qanunsuzluqlarının obyektinə çevrildiklərini yazıblar.
AzVision.az