Məktəbli 72 milyon dollar qazandı

Məktəbli 72 milyon dollar qazandı
  15 Dekabr 2014    Oxunub:3689
Nyu-Yorkda məktəblərdən birində təhsil alan 17 yaşlı Məhəmməd İslam birjada 72 milyon dollar qazanıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məhəmməd İslam məktəbdə tənəffüslər zamanı fond birjasında ticarət əməliyyatları apararaq sərvətə sahib olub.

Qazandığı pulla Məhəmməd özünə “BMW” markalı avtomobil alıb. Lakin onun hələ ki sürücülük vəsiqəsi yoxdur. Bundan əlavə gənc oğlan Manhettendə ev də kirayə edib.

Bundan əlavə Məhəmməd yaxın zamanlarda iki dostu ilə birgə broker lisenziyası almağı və heç fond açmağı planlaşdırır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti