6 girov terrorçulardan qaça bildi – Sidneydə
Ümumilikdə kafedə hələ də 30 yaxın şəxsin girov saxlanıldığı bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Avstraliyanın Sidney şəhərində naməlum silahlı şəxslər “Lindt” kafesində onlarla insanı girov götürüb. Silahlı şəxslər Avstraliyanın baş naziri Tonni Ebbotla danışmaq istəyir, əks halda onlar kafeni partladacaqlarını açıqlayıblar.
“Lindt” kafesini ələ keçirən şəxslər orada üzərində ərəb dilində yazılar olan bayraq asıblar.
Artıq ölkə baş naziri Milli Təhlükəsizlik Komitəsinin iclasını da çağırıb.
Eldar Tanrıverdiyev
Teqlər: