İndoneziyada dəhşət: 47 ölü

İndoneziyada dəhşət: 47 ölü
  15 Dekabr 2014    Oxunub:1429
İndoneziyanın Mərkəzi Yava vilayətində dekabrın 12-i baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, ölənlərdən 7-i uşaqdır.

Məlumata əsasən ölkədə 90 nəfər itkin düşmüş hesab edilir.

Təbii fəlakət nəticəsində ümumilikdə 600-ə nəfər ailə evsiz qalıb. İndoneziya meteoroloqlarının sözlərinə görə, torpaq sürüşməsi faciənin baş verdiyi əraziyə leysan yağışlarının yağması nəticəsində baş verib. Təbii fəlakət baç verən gün vilayətə 100 millimetrə qədər yağış yağıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti