Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində qəza hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 14-də saat 09 radələrində Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində Böyük Kəsik - Gəncə elektrik qatarı ilə Yuxarı Göyçək kənd sakini Suleyman Rəhimov vurulmuş və o, hadisə yerində ölüb.