Nazarbayev: “Ermənistanı “Yeni SSRİ” qəbul edəcəyik”

Nazarbayev: “Ermənistanı “Yeni SSRİ” qəbul edəcəyik”
  15 Dekabr 2014    Oxunub:2557
Rusiya baş naziri Dmitri Medvedyev Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Görüş zamanı Nazarbayev Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması prosesindən də danışıb: “23 dekabr Moskvada görüş olacaq. Biz Ermənistanın Aİİ-yə qoşulması barədə sazişi təsdiqləyəcəyik. Ola bilsin həmin vaxta Qırğızıstanla olan sənəddə təsdiqlənsin”.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti