“Kılıçdaroğlu siyasətçi deyil” - Hülya Avşar

 “Kılıçdaroğlu siyasətçi deyil” - Hülya Avşar
  15 Dekabr 2014    Oxunub:1742
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlu məşhur müğənni Hülya Avşarı sərt tənqid edib.
Müxalifət lideri qeyd edib: “Hülya Avşar kimdir ki? Onun sənətçi olub-olmadığı mübahisəlidir. Yaltaqdan sənətçi olmaz. Sənətçi əsən küləyə əyilməməlidir və dik durmalıdır”.

AzVision.az xəbər verir ki, Kılıçdaroğlunun bu sözlərinə isə H.Avşardan cavab gecikməyib.

O qeyd edib ki, Kılıçdaroğlunun ən böyük nöqsanı azadlığa və demokratiyaya qarşı olmasıdır:

“Mən onu daha alicənab biri hesab edirəm. Mən düşüncələrimi, inandığımı azad şəkildə deməyə davam edəcək. Kılıçdaroğlunu görməzdən gəlirəm. 31 illik sənət həyatımdan heç şübhəm yoxdur. Kılıçdaroğlunun lider olmadığını bilirəm, siyasətçi olduğundan da əmin deyiləm”.

Sevinc


Teqlər:  





Xəbər lenti