“Anji” klubu Qalatasaraya 30 milyon təklif etdi

“Anji” klubu Qalatasaraya 30 milyon təklif etdi
  09 May 2013    Oxunub:1792
Türkiyə futbol yığmasının sabiq baş məşqçisi, Quus Hiddinq Burak Yılmazı baş məşqçisi olduği “Anji” klubunda görmək istəyir.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Rusiya klubu “Anji Maxaçqala”, “Qalatasaray”ın hücumçusu Burak Yılmaz üçün dəli bir təklifə hazırlayıb. Bu barədə “İzvestia” qəzeti böyük bir iddia ilə çıxış dib. Belə ki, illik 20 milyon ödədiyi hücumçu Emanuel Eto-nu “İnter” klubuna satmağı planlaşdıran “Anji”, Burak Yılmaz üçün “Qalatasaray”-a 30 milyon avro təklif edəcək.

Türkiyə futbol yığmasının sabiq baş məşqçisi, Quus Hiddinq baş məşqçisi olduği “Anji” klubundakı boşluğu Burak ilə doldurmağı planlaşdırır. Keçən mövsüm “Trabzonspor”dan 5 milyon Avroya alınan Burak Yılmaz “Liverpul”, “Arsenal”, “Atletico Madrid” və “Manchester United” kimi komandalarda transfer etmək istəyir.

AzVision.az



Teqlər:





Xəbər lenti