Erməni dili İraqda dövlət dili oldu –ŞOK

Erməni dili İraqda dövlət dili oldu –ŞOK
  15 Dekabr 2014    Oxunub:8788
Şimali İraqda yerləşən Kürdüstan vilayətində erməni dili rəsmi dil elan olunub.
Bu barədə AzVision.az “Rudaw.net” istinadən məlumat verib.

İraq Kürdüstanın lideri Məsud Bərzani kürd və ərəb dilləri ilə yanaşı erməni, türkmən və assur dilinin də dövlət dili elan edilməsi qanun layihəsini imzalayıb.

“Rudaw.net” saytının əməkdaşı ilə müsahibə zamanı Kürdüstan parlamentinin mətbuat katibi Tarık Cevher vurğulayıb ki, Kürdüstan Muxtar Vilayətində ermənilər, türkmənlər, Assuriyalıların yaşadıqları ərazilərdə erməni, assur və türkmən dilləri rəsmi dil elan olunur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti