Bu mağazalardan mal almayın - SİYAHI

Bu mağazalardan mal almayın - SİYAHI
  15 Dekabr 2014    Oxunub:2108
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
Qurumun mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, monitorinqlər zamanı Bakının Xətai, Nizami rayonlarında, eləcə də Sumqayıt, Gəncə, Ağstafa, Qobustan, Astara, Balakən, Ağdamda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Həmin mağazaları təqdim edirik:

Bakının Xətai rayonunda
- Babək prospekti, 2314-cü məhəllə, 90H ünvanında Pərvanə Abdullayevaya məxsus mağazada;

Nizami rayonunda
- Y.Səfərov küçəsi, 22 ünvanında Alla Abdullayevaya məxsus mağazada;

Sumqayıt şəhərində
- 2-ci mikrorayon, 36/20A ünvanında Xəlilağa Məmmədova məxsus mağazada normativ- texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Bakının Nizami rayonunda
- Q.Qarayev və Naxçıvanski küçələrinin kəsişməsində Rəhilə Abbasovaya məxsus mağazada;

Gəncə şəhərində
- M.F.Axundzadə küçəsi, 151 ünvanında Firdovsi Həsənova məxsus mağazada;

Ağstafa rayonunda
- Qırlı kəndində Zenfira Tağıyevaya məxsus mağazada;

Qobustan şəhərində
- H.Əliyev küçəsində Ramiz Əsədova məxsus mağazada;

Astara şəhərində
- Azərbaycan küçəsi, 21 ünvanında İbrahim Əliyevə məxsus mağazada;

Balakən şəhərində
- S.Gözəlov küçəsində Arif Bodurova məxsus mağazada;

Ağdam rayonunda
- Mahrızlı kəndində Qalib Garayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.


Teqlər:





Xəbər lenti