Sabirabadda “ASAN Xidmət” açıldı - VİDEO

Sabirabadda “ASAN Xidmət” açıldı - VİDEO
  16 Dekabr 2014    Oxunub:10896
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sabirabad rayonuna səfəri zamanı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, dördmərtəbəli binanın tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Həyətdəki uşaq avtoşəhərciyində balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait yaradılıb.

Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olarkən bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Sabirabad da daxil olmaqla Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarının və Şirvan şəhərinin 900 minə yaxın sakini yararlanacaq. Artıq “ASAN ödəniş” sisteminin tətbiqinə başlanılıb. Yaxın gələcəkdə ödəniş terminallarının ictimai yerlərdə quraşdırılmasına başlanacaq.

Prezident İlham Əliyevə “Google glass” - biometrik tanınma sistemi barədə də məlumat verilib.

Bildirilib ki, “ASAN xidmət” sistemində ilk dəfə burada miniatür tropik meşə layihəsinin tətbiqinə başlanıb ki, bu da bina daxilində havanın təmizlənməsini nəzərdə tutur.

Dövlətimizin başçısı səyyar “ASAN xidmət” avtobuslarında yaradılan şəraitlə də tanış oldu. Ən müasir server və şəbəkə avadanlığının quraşdırıldığı bu avtobuslarla 2014-cü ildə 25 məntəqədə 30 rayonun əhalisinə səyyar xidmət göstərilib. Bu çərçivədə edilən 59 mindən çox müraciətin 90 faizə yaxını təmin olunub.

Qeyd edilib ki, mərkəzdə 50 avtomobil tutumu olan dayanacaq tikilib.

AzVision.az




Teqlər:  





Xəbər lenti