20 yaşlı gənc qətlə yetirildi - Bakıda

20 yaşlı gənc qətlə yetirildi - Bakıda
  16 Dekabr 2014    Oxunub:1936
Gecə Bakıda 20 yaşlı gənc oğlan qətlə yetirilib.
Hadisə Yasamal rayonu ərazisində Abbas Mirzə Şərifzadə küçəsi 132 ünvanında ərzaq mağazasının qarşısında baş verib. Beşinci Yasamal 44 ünvanında qeydiyyatda olan 20 yaşlı Məcidov Rəşad Yaşar oğlu hələlik adı istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Rəşadı bıçaqlayan şəxs hadisədən sonra qaçaraq istintaqdan yayınıb. Yaralı Rəşad Məcidov isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən çoxlu qan itirdiyindən yolda dünyasını dəyişib.

Hadisə yerinə dərhal Yasamal rayon hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Şahidlər dindirilib, cinayət baş verən ünvan müayinə edilərək istintaq üçün zəruri olan ekspertiza nümunələri götürülüb. Cinayəti törədən şəxsin müəyyən edilərək tutulması istiqamətidə əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı artıq cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır. (ANS)


Teqlər:  





Xəbər lenti