İŞİD 350 uşağı terrorçu edib - Dəhşət

İŞİD 350 uşağı terrorçu edib - Dəhşət
  16 Dekabr 2014    Oxunub:1887
“İraq və Şam İslam Dövləti” terror təşkilatının yaraqlıları uşaqları oğurlayır və onları hərbi təlimlər keçməsi üçün hazırlıq düşərgələrinə götürüb.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin müavini Valeri Amos bildirib.

BMT rəsmisi son zamanlar uşaqların yaraqlılara çevrilməsi tendensiyasının artığını vurğulayıb. Onun sözlərinə görə, beş yaşına qədər 350-ə qədər uşaq İŞİD-in Suriyanın Rakka şəhərindəki düşərgəsində təlimlər keçib.

Amos eyni zamanda vurğulayıb ki, hazırda humanitar köməyə ehtiyac olunan şəxslərin sayı 5,6 milyona çatıb: “Uşaqları döyür, onlara işgəncə verir və təcavüz edir”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti