İl ərzində 66 jurnalist ölüb

İl ərzində 66 jurnalist ölüb
  16 Dekabr 2014    Oxunub:1424
“Sərhədsiz reportyorlar” təşkilatı 2014-cü ildə dünyada ölən jurnalistlərin sayını açıqlayıb.
AzVision.az-ın məlumatına görə, təşkilatın yaydığı hesabatda cari ildə 66 jurnalistin öldürüldüyü bildirilib.

Hesabata əsasən Ukrayna və Yaxın şərqdə qaçırılan və ya KİV işçilərinə qarşı zorakılıq halları 35% artıb. Belə ki, hesabat dövrü ərzində hüquq müdafiəçiləri jurnalistlərin oğurlanması ilə bağlı 119 hal qeydə alınıb. Bu halların 33-ü Ukrayna, 29-i Liviya, 27-i Suriyada baş verib.

“Sərhədsiz reportyorlar” təşkilatının hesabatın əsasən 2013-cü ildə 71 professional jurnalist və 39 bloqqer qətlə yetirilib. Ötən il jurnalistlərin qaçırılması ilə bağlı 87 hal qeydə alınıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti