Turçinova yeni vəzifə verildi

Turçinova yeni vəzifə verildi
  16 Dekabr 2014    Oxunub:2217
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının (UMTMŞ) heyətini təsdiqləyib.
AzVision.az-ın məlumatına görə, bu barədə müvafiq sərəncam Ukrayna liderinin saytında yerləşdirilib.

Ümumilikdə UMTMŞ-a 15 nəfər daxil olub.

Sənədə əsasən UMTMŞ-in sədri Poroşenkonun özü olub. Ukrayna Ali Radasının eks-spikeri Aleksandr Turçinov isə quruma katib seçilib.

Bundan əlavə, UMTMŞ-ə daxili işlər naziri Arsen Avakov, Milli bankın sədri Valeriya Qontareva, Ali radanın sədri Vladimir Qroysman, xarici işlər naziri Pavel Klimkin, baş nazir Arseniy Yatsenyuk və s. şəxslər daxil olub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti