“Sarkisyan cinayətkarları qoruyur” – erməni deputat

“Sarkisyan cinayətkarları qoruyur” – erməni deputat
  16 Dekabr 2014    Oxunub:2028
Erməni Milli Konqresinin parlament fraksiyasının sədri Aram Manukunyana hücum edən şəxsi hakimiyyət qoruyur.
Azvision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə keçirilən mətbuat konfransında erməni Milli konqresindən olan deputat Qaqik Canqiryan bildirib.

“Cinayət işinin araşdırılmasında heç bir çətinlik yoxdur: Video görüntülərdə Aram Manukyandan bir neçə dəqiqə öncə binanın blokuna aydın şəkildə insanların daxil olduğu görünür. Deməli onu məxsusi olaraq gözləyiblər. Deputatı döyənlərə qarşı “sağlamlığa yüngül dərəcəli xəsarət yetirmək” ittihamının irəli sürülməsi isə heç bir hüquqi normaya sığmır. Tomoqrafiya yekunlarına əsasən isə Manukyan kəllə-beyin travması alıb. Bu iki faktor isə deputatı döyən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsinə kifayət edir. Cinayətkar isə polis tərəfindən saxlandıqdan iki gün sonra azadlığa buraxılıb. Deməli Sarkisyan hakimiyyət cinayətkarı dəstəkləyir”, - deyə Canqiryan vurğulayıb.

Qeyd edək ki, dekabrın 11-i Erməni Milli Konqresinin parlament fraksiyanın katibi Aram Manukyan Yerevanda hücuma məruz qalıb. Müxalifətçi deputat vəhşicəsinə döyülərək xəstəxanalıq olub.

“Atamda kəllə beyin travması, müxtəlif növ xəsarətlər alıb. Hazırda müayinələr davam etdirilir”, - deyə deputatın oğlu Aren Mankunyan bildirib.

Qeyd edək ki, hadisə deputatın evinin yaxınlığında baş verib. Deputatı döyən şəxs dərhal hadisə yerindən uzaqlaşıb. Polis əməkdaşları həmin ərazidə yoxlamalar aparırlar.
Deputatı döyən şəxsin tapılması istiqamətində axtarışlar davam edir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti