“Bizə prezidentin şəxsən özü kömək edir” – Vahid Mustafayev
Kinorejissor Vahid Mustafayev “Qanlı yanvar” filminin həm də serial kimi tamaşaçılara təqdim olunacağını bildirib. “Bakı film”, ANS Şirkətlər Qrupu və "Çingiz Mustafayev" Fondunun vəsaiti hesabına lentə alınan filmin çəkilişlərinin, havanın soyuq olmasına baxmayaraq uğurla getdiyini deyən kinorejissor, filmin ssenarisindən də qısa söhbət açdı.
"Qanlı yanvar" filmi, ümumiyyətlə məhəbbət haqqındadır. Hər adam bu filmə baxanda özünə məxsus və özünün axtardığı məhəbbəti tapacaq. Kimsə vətənə məhəbbəti, kimsə qıza məhəbbəti. Ümumiyyətlə filmdə əsas rolda oynayan Mehdi, filmdə bir növ onu qəhrəman olaraq, tranformatsiyasını müşahidə edirik. Onun öz nişanlısına olan məhəbbəti nişanlısı öldürüldükdən sonra vətənə məhəbbətə keçir və əfqan döyüşçüsü olduğundan bütün bu inqilab hərəkatına başçılıq etməyə başlayır”, deyə Vahid Mustafayev bildirib.
Kinorejissor Vahid Mustayayev filmin çəkilişlərinə dövlətin dəstəyinində böyük olduğunu bildirdi.
"Bizim bu filmi çəkməyə heç vaxt gücümüz çatmazdı. Bizə cənab prezident şəxsən özü kömək edir, bizi himayə edir, Allah onun canın sağ eləsin. Biz ona dərin minnətdarlığımızı bildirirk".
1990-cı ildə baş verən 20 Yanvar hadisələrinin canlandırıldığı “Qanlı yanvar” filminin 19 yanvar tarixində mediaya nümayiş etdirilməsi nəzərdə tutulub.