AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində "Nissan" və "Vaz" markalı minik avtomobilləri toqquşub. Nəticədə deformasiyaya uğramış "Vaz" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1982-ci il təvəllüdlü Əliyeva Ceyhunə Mustafa qızının cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.