İŞİD seksə görə 150 qadını edam etdi
Nazirliyin hesabatına əsasən edam edilən qadınlardan bəzilər hamilə olub. Edam edilən qadınların cəsədləri terrorçuların nəzarəti altında olan əl-Anbar vilayətində aşkarlanıb. Meyitləri tapılan qadınlar ölkə rəhbərliyi tərəfindən dəfn olunub.
“Seks-cihadı” dedikdə İŞİD yaraqlılarına intim xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bunun üçün islamçıları dünyanın müxtəlif ölkələrindən olan gənc müsəlman xanımları Suriya və İraq ərazisinə gəlməyə çağırırlar.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev