Hökumət ümidini xarici kreditlərə bağlayıb – Ermənistanda

Hökumət ümidini xarici kreditlərə bağlayıb – Ermənistanda
  17 Dekabr 2014    Oxunub:1347
Bu ilin sonuna kimi Ermənistan beynəlxalq təşkilatlardan 200 milyon dollara qədər kredit götürəcək. Ölkə hökuməti bu kredit tranşının maliyyə bazarına sabitlik gətirəcəyinə ümid edir.
AzVision.az-ın məlumatına görə, bu barədə hökumətdən olan mənbə Ermənistanın “Aykakan Jamanak” qəzetinin jurnalistinə müsahibəsində bildirib.

“Hazırda Ermənistan rəhbərliyi və kredit təşkilatlarından olan rəsmilər ölkəyə daxil olan valyuta vasitələrinin Rusiyaya daşınmasının qarşısı alacaq mexanizmlər barədə düşünür. Hazırda bu Ermənistan maliyyə sisteminin ən böyük problemlərdən biridir. Ekspertlərin fikrincə dramın dəyərdən düşməsinin səbəblərindən biri də Ermənistanda olan dolların Rusiyaya aparılmasıdır. Yeri gəlmişkən ötən gün Ermənistan parlamenti bir sıra kredit sazişlərinı təsdiqləyib və bu gün də bu proses davam etdiriləcək”, - qəzetdə nəşr edilən məqalədə vurğulanır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti