Rza Zərrab 100 mindən imtina etdi

Rza Zərrab 100 mindən imtina etdi
  17 Dekabr 2014    Oxunub:1861
Türkiyəli iş adamı Rza Zərrab Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıya qarşı qaldırdığı məhkəmə iddiasından imtina edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rza Zərrab partiya sədrinin onun ünvanına səsləndirdiyi “şarlatan” ifadəsi üçün100 min türk lirəsi təzminat tələb etsə də fikrindən daşınıb.

Bu barədə iş adamının vəkili Şeyda Yıldırım məlumat verib: “Hər iki iddia ərizəsini Rza Zərrabın istəyi ilə geri götürmüşük. Məhkəmə onsuz da partiya ilə bağlı deyidli, sadəcə olaraq sədr Dövlət Baxçalının işlətdiyi “şarlatan” ifadəsi ilə bağlı idi. Müvəkkilim buna hetiyac görmədi, biz də hamısını geri götürdük”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti