Robben ilin idmançısı seçilib - Hollandiyada

Robben ilin idmançısı seçilib - Hollandiyada
  17 Dekabr 2014    Oxunub:1572
Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Aryen Robben Hollandiyada ilin idmançısı seçilib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir

30 yaşlı yarımmüdafiəçisi son 27 ildə bu titulu qazanan ilk futbolçu olub. Sonuncu dəfə bu mükafatı qazanan futbolçu 1987-ci ildə Rud Qullit qazanıb.

2014-cü ildə Robben “Bavariya” klubunun heyətində Almaniya çempionatı və kubokunu qazanıb. Hollandiya millisinin heyətində isə o, Braziliyada keçirilən Dünya çempionatında 3-cü yeri tutub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti