Avtobus sürücüləri qazın qiymətinin qalxmasına etiraz edirlər: “Biz gediş haqqının qaldırılmasını istəmirik. Qazın qiyməti aşağı salınsın. Bizə başqa heç nə lazım deyil. Ölkə rayonlarında qazın qiyməti 170 drama satılır, Yerevanda isə onun dəyəri 230 dramdır. Yanacaqdoldurma məntəqələrin bunu dollarının bahalaşması ilə əlaqələndirirlər. Məgər rayonlarda dollar bahalaşmayıb?, - deyə sürücülərdən biri bildirib.
Aksiya ilə əlaqədar olaraq Yerevanda tıxac yaranıb. Aksiyada sürücülərlə yanaşı sərnişinlər də iştirak edir. Onlar ölkədə ümumi qiymət artımına etiraz edirlər.
Eldar Tanrıverdiyev