Edam cəzası bərpa edilir

Edam cəzası bərpa edilir
  17 Dekabr 2014    Oxunub:2688
Pakistanı Baş naziri Navaz Şərif ölkədə edam cəzasının bərpa ediləcəyini açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Pişəvər vilayətində 132 nəfəri uşaq olmaqla 145 nəfərin ölümü ilə nəticələnən teror aktından sonra təzyiqlərin artması olub.

O bildirib ki, terror aktı törətməkdə təqsirli bilinənlər edam olunacaq. O qeyd edib ki, bundan əvvəl də məhkəmə qərarı ilə terror törətməkdə təqsirli olduğu təsdiqlənənlər də edam olunacaq.

Qeyd edək ki, Pakistanda edam hökmü 2008-ci ildə qadağan edilib.
Məlumat üçün bildirək ki, ötən gün ölkənin Pişəvər şəhərində Taliban terror təşkialtına tabe olan silahlı dəstə orta məktəbə hücum edərək terror aktı törədib. Nəticədə böyü əksəriyyəti şagirdlər olmaqla 145 nəfər ölüb, 100 dən çox adam isə yaralanıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti