`Kimsə bizə dərs keçə bilməz`- Ərdoğan

`Kimsə bizə dərs keçə bilməz`- Ərdoğan
  18 Dekabr 2014    Oxunub:2219
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan deyib ki, Avropa Birliyi Türkiyəyə demokratiya dərsi verə bilməz, lazım gəlsə, belə demokratiya dərsini Türkiyə Avropa Birliyinin özünə verə bilər.
Ərdogan deyib ki, Misirdə, Suriyada elədikləri ilə bağlı Avropa Birliyi əvvəlcə özünə güzgüdə baxsın.

Konya şəhərində çıxış edən prezident bildirib ki, Avropa Birliyi Türkiyənin üzvlüyə qəbul edir-etsin, etmir-etməsin,ancaq Türkiyə qapıçı olmayacaq.

Türkiyədə həftəsonu jurnalistlərin həbsindən sonra Avropa Birliyi Türkiyəni tənqid etmişdi. Ərdogan deyib ki, Türkiyəyə barmaq silkələyənlər bilməlidirlər ki, köhnə Türkiyə artıq yoxdur.


Teqlər:





Xəbər lenti