ABŞ-dan sensasion proqnoz: Qarabağda müharibə olacaq

ABŞ-dan sensasion proqnoz: Qarabağda müharibə olacaq
  18 Dekabr 2014    Oxunub:43640
ABŞ ərazisində terror aktları, Cənub-Çin dənizində silahlı toqquşmalar, Azərbaycan və Ermənistan arasında müharibə...

Bütün bunlar ABŞ Beynəlxalq Münasibətlər Şurasının öz “Global Conflict Tracker” (Qlobal Münaqişə İzləyicisi) hesabında 2015-ci il üzrə göstərdiyi 34 geosiyasi risklərdən yalnız üçüdür. Bu barədə AzVision.az “Business Insider India” jurnalına istinadən xəbər verir.

“Baxmayaraq ki, Dağlıq Qarabağ əhalisinin 95 faizi etnik cəhətdən ermənidir, ərazi beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi olaraq tanınır. Altı illik müharibədən sonra 1993-cü ildə münaqişə tərəfləri arasında atəşkəs rejimi elan edilib. Lakin son zamanlar tərəflər arasında ciddi toqquşmalar qeydəm alınıb. Bu ilin 2014-ci ilin avqust ayında Azərbaycan və Ermənistan əsgərləri arasında silahlı atışmalar nəticəsində hər iki tərəfdən onlarla əsgər qətlə yetirilib. Bundan əlavə 2014-cü ildə Azərbaycan hərbçiləri tərəfindən Ermənistan helikopteri vurulub”, - deyə qeyd edilib.

Bundan əlavə məlumatda yer alan “Dağlıq Qarabağ əhalisinin 95 faizi etnik cəhətdən ermənidir” ifadəsi həqiqəti tamamilə əks etdirmir. Belə ki, tarixən Azərbaycan ərazisi olan Qarabağda azərbaycanlıların sayı ermənilərin sayından dəfələrlə çox olub.

Hesabatda gərginliyin artmasının regiondan neft və qaz tədarükünə də mane ola biləcəyi xüsusi vurğulanıb: “Çünki, özünü etibarlı neft və qaz tədarükçüsü kimi bütün dünyada tanıdan Azərbaycan gündəlik olaraq Avropa və Mərkəzi Asiyaya 881,000 barel neft ixrac edir. Bu regionda gərginliyin artması şübhəsiz ki, neft və qaz tədarükünə təsir edəcək ki, bu da ABŞ maraqlarına ziddir və dünya neft bazarında əlavə gərginlik yarada bilər”.

Hər il Beynəlxalq Münasibətlər Şura dünyadakı hadisələrlə bağlı proqnozlarını nəşr edir. Burunlada Şura bu münaqişələrin ABŞ və onun maraqlarına necə təsir edəcəyini araşdırmağa çalışır. Şura ABŞ qarşısında olacaq riskləri daha yaxşı anlamaq üçün 2200-dən çox hökumət məmuru və xarici siyasət üzrə ekspertlərdən 2015-ci ilə dair proqnozları soruşub.

Nəşr Asiya regionu üçün ən böyük təhlükə kimi aşağıdakıları göstərib: Cənub-Çin dənizində silahlı toqquşmalar, Şimalı Koreyada böhran, Hindistan-Pakistan arasında gərginlik, Çin və Hindistan arasında gərginlik və Çində etnik toqquşmalar.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti