Azərbaycan “Forbes”in siyahısında 60-cı oldu
“Forbes”-in reytinqində digər SSRİ ölkələri yer alıb. Belə ki, SRİ-yə daxil olan ölkələr arasında biznes üçün ən yaxşı ölkə Estoniyadır (22). Onu Litva (24), Latviya (36), Gürcüstan (47), Ermənistan (56), Azərbaycan (60), Qazaxıstan (65),Moldova (75), Ukrayna (88) və Rusiya (91) gəlir.
ABŞ jurnalı 2014-cü ildə biznes üçün ən yaxşı ölkə kimi Danimarkanı göstərib.
İlk üçlüyə həmçinin Honkonq və Yeni Zellandiyada daxil olub. 2013-cü ildə isə reytinqə İrlandiya başçılıq edib.
Ümumilikdə “Forbes”in “Biznes üçün ən yaxşı ölkələr – 2014” siyahısına 146 ölkə daxil olub.
Hesabat 11 kriteriya hazırlanıb:
Vətəndaşların şəxsi azadlıq səviyyəsi;
Mülkiyyət hüquqlarının və investisiyaların təhlükəsizliyinin dərəcəsi;
Qiymətlərin sabitliyi;
İxrac və malların və xidmətlərin idxalı üçün baryerlərin mövcudluğu;
Texnologiyaların inkişaf səviyyəsi;
İnnovasiyaların tətbiqi;
Biznesə dövlətin təsirinin dərəcəsi;
Korrupsiya;
Vergi yükü;
Səhmlər bazarı vəziyyəti.
Eldar Tanrıverdiyev