Məşhur `Yuxu` rok-qrupunun taleyi necə oldu?

Məşhur `Yuxu` rok-qrupunun taleyi necə oldu?
  18 Dekabr 2014    Oxunub:6929
1988-ci ildə Sumqayıtda yaradılmış, sonradan fəaliyyətini 2001-ci ilə qədər Türkiyədə davam etdirən “Yuxu” rok- qrupunun sonrakı taleyi bir çoxlarını maraqlandırır. Qrupun keçmiş üzvi, vaxtilə qrupda zərb alətlərində çalan Çingiz Eyvazov bu barədə AzVision.az-a danışıb.
- Qrup dağılandan sonra gitarada çalan Namiq Nağdəliyev Kıraçla işləməyə başladı, bu gün Türkiyədə ad-san qazanıb. Həmçinin Funda Arar, Haluk Levent və başqa rokerlərlə işləyib, onların musiqilərini bəstələyib, ifa edib. Kıraçın seriallarda oxuduğu musiqilərin çoxunun bəstəkarı və gitaraçısıdır. "Bir İstanbul masalı" serialının beş mahnısı Namiqə aiddir. Bunlardan ən uğurlusu: "Pırıltı", "Göz yaşı", "Cığlık" və s. belə bəstələrdir.

Vokalistimiz cəsur Nemətov Moskvadadır. Bass-gitarada çalan İbrahim Emin də başqa bir qrup var idi, orada çalırdı, 2004-cü ildə isə Sumqayıtda Sirr qrupunu qurdu, hal-hazırda Sumqayıtda yaşayır. Mən də tatuirovka ilə məşğul oluram.



Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti