“Qarabağ”dan qələbə: 3-2

“Qarabağ”dan qələbə: 3-2
  18 Dekabr 2014    Oxunub:1424
Topaz Premyer Liqasında XVII tura yekun vurulub.
AzVision.az xəbər veir ki, bu gün 3 oyun keçirilib.

Günün ilk oyunu "Sumqayıt"la "Qəbələ" arasında keçirilib. İki qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Hesabı 66-cı dəqiqədə Məhəmməd Qurbanov açıb. 87-ci dəqiqədə isə penaltini qola çevirən Cavid Hüseynov bərabərliyi təmin edib - 1:1.

Turun son iki qarşılaşması isə eyni saatda başlayıb. Ötən tur "Qəbələ"yə uduzan "Qarabağ" "Xəzər Lənkəran"ın qonağı olub. Hesabı 7-ci dəqiqədə Muarem Muarem açıb. 10 dəqiqə sonra Qara Qarayevin avtoqolu "Xəzər Lənkəran"ı sevindirib. 56-cı dəqiqədə Sadio Tounkara meydan sahiblərini hesabda önə keçirsə də, "Qarabağ" 2 qol vuraraq qələbə qazanıb. 63-cü dəqiqədə Muarem Muarem dublunu rəsmiləşdirib. 79-cu dəqiqədə isə Bədavi Hüseynov qələbə qoluna imza atıb - 3:2.

Digər matçda isə "İnter" "Neftçi"ni qəbul edib. Hesabı 41-ci dəqiqədə Nikolas Kanales açıb. 64-cü dəqiqədə Junior Nildo bərabərliyi təmin edib. 71-ci dəqiqədə isə Məhəmməd Mirzəbəyov "İnter"ə qələbə qazandırıb - 2:1. "Neftçi" növbəti turda məcburi istirahət etməli olduğundan ili məğlubiyyətlə bitirib.

Qeyd edək ki, turun ilk oyunu dünən keçirilib və AZAL səfərdə "Bakı"nı məğlub edib - 3:1. "Araz Naxçıvan" çempionatdan çıxdığından "Simurq" bu turda istirahət edib.


Teqlər:  





Xəbər lenti