Paulo Koelyo “diktatorun ölümünü” almaq istəyir
Koelyo film üçün şirkətə 100 min ABŞ dolları təklif edib. Şirkətin onun təklifini qəbul edəcəyi təqdirdə Koelyo filmi öz bloqunda paylaşacaq.
“Sony”yə göndərdiyim təklif cümə günü 12:00-ə qədər qüvvədə qalır. Sizə film büdcəsinin 0,01 faizi qaytarılır. Mən isə terror təhdidlərinə qarşı yox deyə biləcəm”, -deyə Koelyo “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, dekabrın 18-i “Sony Pictures” dekabrın 25 “Müsahibə” filminin premyerasını ləğv edib. Buna səbəb isə Şimali Koreya rəsmilərinin filmin göstəriləcəyi təqdirdə terror aktları törədəcəklərinə dair bəyanatı olub.
Eldar Tanrıverdiyev