Ermənistanda taksi sürücülərinin mitinqi təxirə salındı

Ermənistanda taksi sürücülərinin mitinqi təxirə salındı
  19 Dekabr 2014    Oxunub:1481
Ermənistanda qazın qiymətinin artmasına etiraz edən taksi sürücüləri bu günə planlaşdırılmış aksiayalarını yanvarın 15-dək təxirə salıblar. Bu barədə AzVision.az Erməni mətbuatına istinadən məlumat verir.

Hökümətə 27 gün möhlət verən taksi sürücüləri tələbləri yerinə yetirilməyəcəyi təqdirdə bütün yolları bağlayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, qaz tariflərinin artması ilə əlaqədar olaraq, Ermənistanda ictimai nəqliyyat vasitələrində gediş haqqının da artacağı gözlənilir. Odur ki, digər sürücülər də etiraz aksiyası keçirəcəklərini bildiriblər.

“Tariflərin artması heç kimə sərf etmir. Bizim də ailə üzvlərimiz nəqliyyatdan istifadə edirlər. Buna görə də qazın qiymətinin düşnəsini istəyirik. Əks halda, gediş haqqı da artacaq.”

Xatırladaq ki, Ermənistan hökuməti mitinqlərin qarşısını almaq məqsədilə qaz tariflərinin artırılmayacağına söz versə də, bu elə söz olaraq qalır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti