Səfir Con Kerrinin Ermənistan səfərindən danışdı

Səfir Con Kerrinin Ermənistan səfərindən danışdı
  19 Dekabr 2014    Oxunub:1708
Mən əminəm ki, ABŞ dövlət katibi Con Kerri Ermənistana səfər edəcək. Lakin bunun nə vaxt baş verəcəyi barədə məlumat yoxdur.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın ABŞ-dakı səfiri Con Heffern bildirib.

Səfir vurğulayıb ki, Kerri Ermənistana gələcəyinə dair söz verib: “O, Ermənistana səfər etməyi planlaşdırır. Hazırda o digər böyük məsələlər üzərində - İranla nüvə danışıqları və sanksiyalar, Fələstin-İsrail məsələsi, Rusiya –Ukrayna münasibətləri ilə məşğuldur”.

Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Con Kerri 2014-cü ildə Ermənistana səfər edəcəyini açıqlamışdı.

. Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti