“İŞİD-dən neft almırıq” – Çavuşoğlu

“İŞİD-dən neft almırıq” – Çavuşoğlu
  19 Dekabr 2014    Oxunub:1291
Rəsmi Ankara “İraq və Şam İslam Dövləti” terror təşkilatından neft almır və neft məhsulları qaçaqmalçılığı ilə mübarizə aparır.
AzVision.az-ın “İRNA” agentliyinə istinadən məlumat verir ki, bu barədə İranda rəsmi səfərdə olan türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Türkiyənin İŞİD-dən neft alması və İŞİD yaraqlılarının Suriya-Türkiyə sərhədini keçməsinə göz yumması barədə məlumatlar həqiqəti əks etdirmir. Bu bizim ölkəmizi ləkələmək üçün aparılan qara kompaniyadır. Biz nefti İraq Kürdüstanından idxal edirik. Biz neft məhsulları qaçaqmalçılığı ilə mübarizə aparırıq. Bu ilin əvvəlində biz 80 milyon litr həcmində neft məhsulları qaçaqmalçılığının qarşısını almışıq”, – deyə Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti