Obama ilə Mişeli bu film ayırdı - VİDEO

Obama ilə Mişeli bu film ayırdı - VİDEO
  19 Dekabr 2014    Oxunub:2233
ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama “People” jurnalına müshaibəsində 2014-cü ildə çəkilən filmlər haqqında danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük ən sevdikləri filmləri sadalayıb.
Prezident Obama ən çox 12 il ərzində çəkilən “Boyhood” filmini bəyəndiyini, Mişel Obama isə “Gone Girl” filmini üstün tutduğunu deyib.

“Boyhood çox gözəl filmdir. Bu il ən sevdiyim film bu oldu” – deyə ABŞ prezidenti bildirib.
Mişel Obama isə “Gone girl” filminin kitabını daha çox bəyəndiyini əlavə edib:

“Affleck ve Rosemund Pike gözəl performans göstərdilər, amma mən kitabı daha çox bəyənmişdim. Bir neçə il əvvəl oxumuşam və sevimli kitablarımdan birinə çevrilib”.





Fatimə Kərimli
AzVision.az


Teqlər:  





Xəbər lenti