Baş Prokuror vətəndaşları online qəbul etdi - YENİLİK
Baş Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda Baş prokuror 14 vətəndaşın şikayətlərini dinləyərək müraciətlərində qaldırdıqları məsələləri xüsusi nəzarətə götürməklə, həmin müraciətlər üzrə qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması, bu məqsədlə yoxlama materialları və cinayət işlərinin Baş Prokurorluqda öyrənilməsi, habelə bəzi şikayətlərin müraciət müəlliflərinin iştirakı ilə müzakirə edilərək qanunauyğun və operativ şəkildə həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına konkret göstərişlər verib.
Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapıb.
Teqlər: