Ata 18 yaşlı qızını zəncirlədi - Foto
Belə ki, 18 yaşlı S.Y. atası və anası evdə olmadığı vaxt sevgilisini evə çağırıb. Onlar tək olduqları vaxt qızın atası pul kisəsini unutduğu üçün işdən evə qayıdıb. Qapını açan ata qızını yad oğlanla birlikdə tutub.
Qızın sevgilisi evdən qaçıb. Qəzəblənən ata qızını döyüb. O, qıza cəza olaraq evdən çıxmamağı tapşırıb.
“Bir daha məktəbə getməyəcəksən. Mənim icazəm olmadan evdən çıxmayacaqsan”, - deyən ata bidirib.
Kişi işə gedən zaman qızını evdə 9 metrlik zəncirlə bağlayırmış.
Ev dustaqlığından bezən gənc qız atasının silahını götürərək özünü güllələyib. Hadisə qızın anası bazara gedən zaman baş verib.
Ana evə qayıdıb qapını açanda qızını yerdə qan içində tapıb.
Həkim çağırılıb. Müəyyən edilib ki, S.Y. tapança ilə sinəsindən bir dəfə atəş açıb.
Qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Ata ifadə vermək üçün polis şöbəsinə çağırılıb. (ANS)