Ohanyandan etiraf: `Ordumuz çox itki verdi`
Ohanyan jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin ilk faciəsi Ermənistan silahlı qüvvələrinin giziri Armen Ovanisyanın Qarabağda döyüşlər zamanı ölməsi oldu.
"Ordumuz üçün ən gərgin vaxt isə iyul-avqust aylarında təmas xəttində şiddətli döyüşlərin getməsi oldu. Bu ilin ən pik nöqtəsi isə Mi-24 helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasıdır. Həman an 3 pilotumuz həlak oldu", deyə Ohanyan bildirib.
Qeyd edək ki, bu ilin iyul-avqust aylarında cəbhədə şiddətli döyüşlər getmişdi. Həmin döyüşlərdə Ermənistan silahlı qüvvələri xeyli itki verərək geri çəkilmişdi. Və nəhayət noyabr ayında cəbhənin Ağdam istiqamətində Ermənistan ordusuna məxsus Mi 24 hərbi helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vuruldu, 3 pilot öldü. Helikopterin vurulması dünya mətbuatının gündəmini zəbt etmişdi. (Ans)