"Qarabağ" çempion oldu

"Qarabağ" çempion oldu
  22 Dekabr 2014    Oxunub:2315
Bu gün Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

Son turda evdə "Qarabağ"a 2:3 hesabı ilə məğlub olan "Xəzər Lənkəran" bu gün öz meydanında AZAL-ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Turun mərkəzi qarşılaşması Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" klubu "İnter"i sınağa çəkib. Bu oyunda da qalib müəyyənləşəyib – 1:1.

Premyer Liqanın lideri "Qarabağ" klubu öz meydanında "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. Qurban Qurbanovun komandası 2:0 hesablı qələbə qazanaraq qış fasiləsinə lider mövqeyində yollanıb.

Zaqatalada keçirilməli olan "Simurq" - "Bakı" oyunu isə dumanlı hava şəraitinə görə sabaha təxirə salınıb.


Teqlər:





Xəbər lenti