Prezident Nazarbayev rəssam olmaq istəyir
“Bu il mən bir həftə istirahət etdim. Uşaqların rəsm çəkdiyini və qadının onlara bu işdə kömək etdiyini gördüm. Mən onlara baxdım və rəsm çəkmək barədə düşündüm”, - deyə Nazarbayev ölkə telekanallarına müsahibəsində bildirib.
“Ümumiliyyətlə, mən məktəbdə oxuduğum zaman rəsm əsərləri çəkirdim. Bu cür rəsm əsəri 3-4 saata başa gəlirdi. Həmin vaxt boyları tapmaq çətin idi”, - deyə Qazaxıstan prezidenti vurğulayıb.
Nazarbayev rəsm çəkməyi tennis və mahnı oxumaq kimi meditasiyanın bir növü olaraq qəbul etdiyini bildirib. Bundan əlavə prezident jurnalistlərə komsomol mahnısı “Həyəcanlı cavanlıq haqqında mahnı” və qazax xalq mahnısı “Bir bala” mahnısını da oxuyub.
Eldar Tanrıverdiyev